Böyük Britaniyanın BP və Birləşmiş Ərəb Əmirliklərinin dövlət şirkəti Abu Dhabi National Oil Co. (ADNOC) Misirdə qaz aktivlərini inkişaf etdirmək üçün yeni birgə müəssisə yaradır.
BP-nin bununla bağlı yaydığı açıqlamada qeyd olunur ki, Britaniya şirkəti müştərək müəssisəyə üç mədən konsessiyasındakı (Şoruk, Şimali Damietta və Şimali El Burq) öz payını, həmçinin Misirdə geoloji kəşfiyyat işlərinin aparılmasına dair razılaşmalar verəcək. ADNOC isə proporsional qaydada gələcəkdə birgə müəssisənin inkişafı üçün istifadə ediləcək maliyələşməni təmin edəcək.
Şirkətlər 2024-cü ilin ikinci yarısında lazımi normativ təsdiqləri almağı və birgə müəssisənin yaradılmasını başa çatdırmağı gözləyirlər.
Musavat.com