Azərbaycanda iş icazəsi verilən İran vətəndaşlarının sayı - AÇIQLAMA

“2022-ci il ərzində ölkəmizdə 53 nəfər İran İslam Respublikası vətəndaşına "əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi" iqtisadi fəaliyyət növü üzrə iş icazəsi verilib”.

Dövlət Miqrasiya Xidmətindən Musavat.com-un sorğusuna cavab olaraq bildirildi ki, ölkə ərazisində əmək miqrasiyasının tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” təsdiq edilib: “19 iqtisadi fəaliyyət növü üzrə nəzərdə tutulmuş kvota təqvim ili ərzində ölkəmizdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları nəzərdə tutulan əcnəbilərin sayının son həddidir. 2022-ci il ərzində ölkəmizdə 53 nəfər İran İslam Respublikası vətəndaşına “əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi" iqtisadi fəaliyyət növü üzrə iş icazəsi verilib.

Bununla yanaşı bildiririk ki, Miqrasiya Məcəlləsinin 64-cü maddəsinin (https://www.e-qanun.az/framework/46959) əhatə dairəsinə düşən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də iş icazəsi almadan ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul ola bilirlər”.

Nigar Həsənli,
Musavat.com

09.02.2023 12:55
986