Gəncədə intihar hadisəsi baş verib.
Musavat.com apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Qəsəbədə yaşayaş 1995-ci il təvəllüldü Tükəzban Aslanova yaşadığı evin həyətində olan yarım tikilidə özünü asıb.
Qadının meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb. Onun hansı səbəbdən intihar etməsi məlum deyil. Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.
Qeyd edək ki, T. Aslanova ailəli olub, 2 övladı var. Faktla bağlı araşdırma aparılır.