Azərbaycanda hotellərin xərcləri 2 dəfədən çox artıb

2023-cü ildə Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərin xərcləri 677 milyon 484 min manat təşkil edib.

Musavat.com Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 2,2 dəfə çoxdur.

Ötən il yerli hotellər içki və yeməklərin hazırlanmasına 114 milyon 883 min manat (əvvəlki ilə nisbətən 2,2 dəfə çox) xərc çəkib. İl ərzində hotellərin yanacaq və enerji xərcləri də 2,2 dəfə artaraq 46 milyon 506 min manat, suyun alınmasına xərcləri 2,1 dəfə artaraq 5 milyon 368 min manat, əməkhaqqı xərcləri 2,3 dəfə artaraq 229 milyon 291 min manat, icarə xərcləri 2,6 dəfə artaraq 22 milyon 388 min manat, təmir xərcləri 1,8 dəfə artaraq 7 milyon 240 min manat, reklam xərcləri 1,9 dəfə artaraq 4 milyon 907 min manat, vergi xərcləri 1,9 dəfə artaraq 49 milyon 985 min manat, digər xərcləri isə 2,2 dəfə artaraq 196 milyon 916 min manat olub.

08.04.2024 12:02
802