Azərbaycanda hamını öldürəcəyini deyən şəxs HƏBS edildi

Şabran rayonunda qarşısına çıxan hər kəsi öldürəcəyini deyən şəxs tutulub.

Şabran şəhər sakini, 1972-ci il təvəllüdlü M.Həsənov (şərti soyadlı) gecə saat 23:30 radələrində yaşadığı V.Abdullayev küçəsindən Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib.

O, qarşısına çıxan hər kəsi və daha sonra özünü öldürəcəyini bildirib.

Müraciət daxil olandan sonra polis əməkdaşları M.Həsənovun yerini müəyyən edib. Onun saxlanması məqsədilə tədbir həyata keçirilib. Bu zaman 51 yaşlı şəxs müqavimət göstərib və yüksək səslə təhqiramiz ifadələr işlədib.

Tutularaq Şabran Rayon Polis Şöbəsinə gətirilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələrinə əsasən protokol tərtib edilib.

Protokola baxan Şabran Rayon Məhkəməsi 51 yaşlı şəxsin 20 sutka ərzində inzibati həbsdə saxlanılaraq cəzalandırılmasına qərar verib. (Publika.az)

08.12.2023 16:07
1513