Azərbaycanda güclü zəlzələ oldu

Naxçıvanda zəlzələ olub.

Musavat.com xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:47-də Naxçıvan stansiyasından 86 km cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar 5.5 bal gücündə qeydə alınıb.

Zəlzələnin dərinliyi 10 kilometr olub. Zəlzələ Naxçıvan MR-də 5-3 bala qədər hiss olunub.

16.03.2023 16:15
2316