“5,1 ocaqda baş verən maqnitudadır. Stansiyalar hazırda zəlzələnin ocağını dəqiqləşdirirlər. 84 stansiyanın məlumatı analiz edilməlidir. Qorxulu bir şey yoxdur, narahat olmasınlar”.
Bu fikirləri Musavat.com-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, Saatlı, Sabirabad, Salyan, İmişli, Cəlilabad, Şirvan, Yardımlı, Lerik zəlzələni yüngül hiss etməlidir:
“Təkanlar dərində olanda onun silkələnmə əhatəsi çox geniş olur. Səthi olsa, dağıntı yaradar.
Zəlzələ Bakıda hiss olunmayıb. Bəzi insanlar xofa düşüb küləyin əvəzinə deyir ki, zəlzələni hiss etdim. 1-2 nəfərin deməyi ilə yazmırlar ki, onlar zəlzələni hiss edib. Zəlzələnin episentri Saatlıdan 30 km cənub-şərqə doğrudur. Təkrar güclü zəlzələ gözlənilmir. 3-3,5 ballıq afterşoklar ola bilər”.
Aytən Novruz
Musavat.com