Azərbaycanda güclü PARTLAYIŞ: Ana və 2 övladı...

Şəkidə evdə partlayış olub, ana və 2 azyaşlı övladı ağır xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a bildirilib ki, bu gün Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində yerləşən fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış baş verib.

Hadisə zamanı 2000-ci il təvəllüdlü Şəlalə Yusifova və onun 2 azyaşlı övladı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hər üç şəxs vəziyyətləri nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriləcək.

17.06.2023 18:47
1182