Azərbaycanda gizlənən dələduz Özbəkistana ekstradisiya edilib

Azərbaycan dələduzluqda təqsirli bilinərək beynəlxalq axtarışa verilmiş 42 yaşlı cinayətkarı Özbəkistana təhvil verib.

Musavat.com Podrobno.uz portalına istinadla xəbər verir ki, Özbəkistan ərazisində dələduzluq törətdiyinə görə vətəndaşı Rüstəm Xikmatullayeviç Kərimov 26 may 2023-cü ildə hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib.

Ötən ilin oktyabrında Rüstəm Kərimovun Azərbaycanda olduğu yer müəyyən edilib. O, tutularaq barəsində həbs-qətimkan tədbiri seçilib. Azərbaycanın Baş Prokurorluğu Özbəkistandan olan həmkarlarının onun köçürülməsi ilə bağlı vəsatətini təmin edib.

Saxlanılan şəxsin ekstradisiyası haqqında qərar “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il 7 oktyabr tarixli konvensiya əsasında qəbul edilib.

Vətəndaş Rüstəm Kərimov Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi karvanının müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib.

Musavat.com

31.01.2024 14:35
552