Azərbaycanda general-mayor vəfat etdi - FOTO

Gömrük xidməti general-mayoru İsmayıl Ələkbərov vəfat edib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, ötən gün uzun sürən xəstəlikdən dünyasını dəyişib.

 

Qeyd edək ki, general Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsində çalışıb.

O, 2022-ci ilin iyul ayında DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun imzaladığı əmrə əsasən təqaüdə göndərilib.

14.08.2023 14:21
2488