Azərbaycanda gənc qızdan xərçəng olan anasına qarşı CİNAYƏT

Şəmkir rayonunda törədilmiş oğurluq hadisəsinin üstü açılıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, rayonun Çinarlı kəndində yaşayan qadın, xərçəng xəstəsi E.Məmmədova (şərti soyadlı) polisə müraciət edərək evindəki 10 min manatlıq qızılların oğurlandığnı bildirib. Məlum olub ki, qadının mənzilində mebelin daxili hissəsində saxladığı 45 qramlıq boyunbağı, üzük sırğa və digər qızıl-zinət əşyaları naməlum şəraitdə oğurlanıb.

Faktla bağlı Şəmkir RPŞ-də Cinayət Məcəlləsinin 177.2.4-cü (Oğurluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Aparılan araşdırmalardan sonra qızılların E.Məmmədovanın 1990-cı il təvəllüdlü qızı M.Məmmədova tərəfindən törədilməsi məlum olub. 3 azyaşlı uşaq anası olan 33 yaşlı qadın məsuliyyətə cəlb edilib.

İlkin olaraq M.Məmmədova törətdiyi əməli etiraf etməsə də, sonradan qızılları götürüb satdığını etiraf edib.

E.Məmmədova qzılların övladı tərəfindən oğurlanmasını biləndən sonra şikayətini geri götürüb və onu bağışladığını deyib.

Şəmkir RPŞ-də toplanmış materialları rayon məhkəməsinə göndərilib. Xəstə anasının qızıllarını oğurlayıb satan qızına 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib.

23.09.2023 23:58
1834