Azərbaycanda eyni adama məxsus iki kommersiya təşkilatı bağlanıb.
Söhbət "Qraffy" və "Meetsoft" Məhdud Məsuliyyətli Cəmiyyətlərindən gedir.
Hər iki MMC ləğv olunduğunu elan edib.
Qeyd edək ki, "Meetsoft" MMC 2020-ci ildə, "Qraffy" MMC isə 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətlərin hər birinin qanuni təmsilçisi Həşimli Bəylər Arzu oğludur. (iqtisadiyyat.az)