Azərbaycanda evli qadından ağlasığmaz əməl - Əvvəl xəyanət etdi, sonra isə...

Qadın həyat yoldaşının pulunu sevgilisindən ala bilmədiyi üçün onu qətlə yetirib.

Belə ki, şahmatçı Anarla (Adlar şərtidir) evli olan Rəşidə həyat yoldaşını deyil, Vüqarı sevirdi. Onlar gizli olsa da, tez-tez görüşürdülər. Vüqarın maddi sıxıntılarının olmasına baxmayaraq, onlar əyləncələrindən qalmırdılar.

Vüqar beş aydan çox idi ki, işdən çıxarılmışdı. Buna görə də Rəşidədən qaytarmaq şərti ilə borc pul alırdı.

Rəşidə hətta həyat yoldaşının yanında olarkən də gizli şəkildə onunla yazışırdı. Vüqar bir gün yenə borcu olduğu üçün Rəşidədən pul istəyir. Rəşidə Vüqara onun istədiyi məbləği tapa bilməyəcəyini deyir. Lakin Vüqar onu pulu tapmağa məcbur edir.

Daha sonra Rəşidə həyat yoldaşına yalan danışaraq, Vüqarın istədiyi məbləği ondan alır. Vüqar Rəşidədən aldığı pulu geri qaytaracağına söz versə də, buna əməl etmir. Hətta yenə ondan borca pul istəyir.

Vüqarın hərəkətindən qəzəblənən Rəşidə plan quraraq, onu meşəlik əraziyə bənzəyən parka çağırır. Görüş zamanı Rəşidə özü ilə gətirdiyi bıçağı çıxarıb, Vüqara ard-arda zərbələr vuraraq onu qətlə yetirir və oradan uzaqlaşır.

Vüqarın meyiti iki gün sonra hüquq-mühafizə orqanları tərəfindən tapılır, daha sonra isə Rəşidə şübhəli şəxs qismində həbs olunur.

Ətraflı Baku TV-nin materialında:

24.07.2023 09:25
8001