Şəkidə fərdi yaşayış evində partlayış olub.
Hadisə rayonun Baş Göynük kəndi ərazisində baş verib.
Partlayış zamanı 1946-cı il təvəllüdlü Seyidov Məhəmməd Mehralı oğlu və 1952-ci il təvəllüdlü Seyidova Güllü Həmid qızı xəsarət alıblar.
Onlar 2-ci dərəcəli texniki yanıq diaqnozu ilə Şəki rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. (Qafqazinfo)