Azərbaycanda əri tərəfindən öldürülən qadın vəzifəli şəxs imiş

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Tərtərdə rayon sakinləri 1981-ci il təvəllüdlü Gülnar Məmmədova və 1991-ci il təvəllüdlü Namiq Allahverdiyev qətlə yetirilib.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Namiq Allahverdiyevin odlu silahla, Gülnar Məmmədovanın isə kəsici-deşici alətlə sonuncunun əri 1979-cu il təvəllüdlü Asəf Məmmədov tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Qətlə yetirilən 42 yaşlı Gülnarə Məmmədova Tərtər Rayon İcra Hakimiyyətində çalışırmış. O, RİH-in Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi olub. Namiq Allahverdiyevin cütlüyün evində usta işlədiyi bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.

Qeyd edək ki, qadının vəzifədə çalışması xəbərini ilk manset.az saytı yayıb.

19.02.2023 13:01
1912