Azərbaycanda ən yaşlı və ən gənc vəkil qadındır

Azərbaycanda 87 yaşlı vəkil Səttarova Türrə Əhəd qızı ən yaşlı, 24 yaşlı Məmmədova Nuranə Asif qızı isə ən gənc vəkildir.

Bu barədə Vəkillər Kollegiyasının 2023-cü il üzrə hesabatında qeyd edilib.

Hesabatda qeyd edilib ki, hazırda Azərbaycanda 2431 vəkil fəaliyyət göstərir. Onlardan 1995 nəfəri kişi, 436 nəfəri qadındır. Həmin şəxslərdən 1 976 nəfəri Bakıda, 455 nəfəri isə regionlarda fəaliyyət göstərir.

Eyni zamanda ötən 6 ildə ölkəmizdə vəkil bürolarının sayı da təxminən 4 dəfə artaraq 135-ə çatıb. (Report)

17.01.2024 12:19
776