Bir müddətdir ki, daşınmaz əmlakların sığortalanması məsələsi gündəmdədir. Hətta əmlakını sığortalamayanların iyunun 1-dən cərimələnəcəyi deyilmişdi.
Musavat.com xəbər verir ki, iyunun 1-dən keçsə də əmlakını sığorta etməyən kifayət qədər insan var.
Bəs cərimələnən oldumu?
Əslində dəşınmaz əmlakın icbari sığortası haqqında 2011-ci ildən qanun qəbul edilib. İcbari sığortadan boyun qaçıran fiziki şəxslərin 30 AZN, vəzifəli şəxslərin 80 AZN, hüquqi şəxslərin isə 200 AZN cərimələnməsi də qanunda öz əksini tapıb.
Amma bu qanunun icraası üçün mexanizm tətbiq olunmayıb. İnsanlarda təşviş yaradan cərimələnmə prosesinə nəzarət edən səlahiyyətli qurum da müəyyənləşməyib. Bu məsələdə sadəcə maraqlı olan, gəlirini artırmaq istəyən sığorta şirkətləridir.
Ətraflı ARB-nin videomaterialında izləyə bilərsiniz: