Ehtiyac meyarı anlayışını ləğv etmək istəyirik.
Musavat.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında deyib.
O qeyd edib ki, hökumətin niyyəti bu prosesi tam vahid bir instituta çevirməkdir. Nazir bunun bir mexanizm, instrument olduğunu bildirib.
"Hələ ki, qarşımızda böyük çağırışlar var, bunu instrument olaraq saxlayırıq. Elə bir il ola bilər ki, bizə o çağırışlar mane olar, dversifikasiya etmək ehtiyacımız yarana bilər. Amma hökumətin niyyəti də yaxın müddət ərzində bu prosesi tam bir instituta çevirməkdir", - deyə Sahil Babayev əlavə edib.
Xatırladaq ki, ehtiyac meyarı əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir. Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi 270 manat götürüləcək. Başqa sözlə, yaşayış minimumu və ehtiyac meyarı 2023-cü illə müqayisədə 9,7 faiz artırılaraq 246 manatdan 270 manata qaldırılır.