Hazırda Azərbaycanda "donuz qripi" aşkarlanmayıb. Bu barədə Musavat.com-un Səhiyyə Nazirliyinə ünvanlandığı sorğuya cavab olaraq bildirilib.
Qeyd edək ki, hazırda regionda və dünyada başqa patogen viruslar baş qaldırıb. “Donuz qripi” (H1N1), “quş qripi” də (H5N1) o qəbildəndir. Qonşu Ermənistanda isə neçə gündür məhz H1N1 tüğyan edir.
Məlumatlara görə, artıq bu virusa yoluxmuş iki yüzdən çox xəstə pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onların 60%-i uşaqlardır. İki nəfər isə “donuz qripi”ndən ölüb.
Afaq Mirayiq,
Musavat.com