Azərbaycanda dərmanlarla bağlı YENİ QADAĞA qüvvəyə minir - Bundan sonra...

Tibb müəssisələri üçün qablaşdırılmış dərmanların pərakəndə satışı qadağan olunur.

Musavat.com report-a istinadən xəbər verir ki, bununla bağlı "Dərman vasitələri haqqında" qanuna dəyişiklik edilir.

Yeni bəndə əsasən, tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrinin bu Qanunun 4.6-cı maddəsində nəzərdə tutulan qaydaya uyğun olaraq yalnız topdansatış qiymətlərinin yuxarı həddi tənzimlənir və həmin dərman vasitələrinin pərakəndə satışı qadağan olunur.

Qanunun 4.6-cı maddəsi isə belədir: "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir".

20.06.2023 14:01
1114