Azərbaycanda dəhşətli qəzada ölənlərin adları bilindi - YENİLƏNİB - FOTO

09:22

Göyçay rayonunun Müskürlü kəndi ərazisində "Kia" markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Xəqani Bağırovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Musavat.com xəbər verir ki, DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-nın Şirvan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, müxtəlif bədən xəsarətləri alan sürücü, eləcə də iki sərnişini, 1991-ci il təvəllüdlü Asif Gülməmmədov və Elçin Əsgərov hadisə yerində ölüb, digər bir sərnişin isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb.

----------

07:57

Göyçay-Ucar avtomobil yolunda ağır qəza baş verib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, qəzada 3 nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.

Bildirilir ki, "Kia" markalı avtomobil idarəetməni itirərək kanala düşüb.

Əraziyə Göyçay təcili tibbi yardım briqadasının əməkdaşları və polis cəlb olunub. 

 

04.03.2024 09:25
1925