Dekabrın 16-da saat 23 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, KİA və BMW markalı avtomobillər toqquşub.
Nəticədə BMW markalı şəxsi avtomobildə sərnişin olan polis nəfəri 1990-ci il təvəllüdlü Sadıqov İlqar hadisə yerində həyatını itirib. Avtomobillərin sürücüləri xəstəxanaya yerləşdirilib.
“Report”un yerli bürosunun xəbərinə görə, Babək və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsində qəzada daha iki nəfər - 1989-cu il təvəllüdlü Yusifzadə Tural Elşad oğlu və 1994-cü il təvəllüdlü Eyvazov Etibar Tural oğlu xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb.