Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOlar

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com APA-ya istinadən bildirir ki, hadisə səhər saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində qeydə alınıb.

"VAZ-2109", "Chevrolet Cruz" və " Mercedes" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində "VAZ-2109"də olan sürücü və sərnişin hadisə yerində ölüb. Onların ata və oğul olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

28.03.2024 12:23
1500