Bərdədə ölümlə nəticələnən ağır yol qəzası olub.
Musavat.com lent.az-a istinadən xəbər verir ki, hadisə Həsənqaya kəndi ərazisində qeydə alınıb. 23 yaşlı kənd sakini Əzizov Feruz Raqub oğlunun idarə etdiyi "VAZ-21099" markalı avtomobillə 30 yaşlı Sultanlı Əziz İlqar oğlunun idarə etdiyi VAZ 21011 markalı avtomobil toqquşub.
F. Əzizov, onun sərnişini 20 yaşlı Ağayev Mirəli Mehman oğlu və digər avtomobilin sürücüsü Ə. Sultanlı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bütün tədbirlərə baxmayaraq, M. Ağayev orada ölüb.
Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.
Musavat.com