Azərbaycanda dəhşətli qətl: Bacısını “Harami düzü”nə apardı... - TƏFƏRRÜAT

Ağcabədi rayonunda 1996-cı il təvəllüdlü Nəsimi qısqanclıq zəminində yaranan münaqişə zamanı bacısı, 1992-ci il təvəllüdlü Leylanı (adlar şərti verilib – red.) öldürüb.

Qətl hadisəsi ötən il iyulun 17-də Ağcabədi rayonunun kəndində baş verib.

Nəsimi bacısı Leylanın evli olduğu halda başqa şəxslə sevgi münasibətləri yaşamaqla yüngül əxlaqlı həyat tərzi keçirməsini təsdiq edən telefon danışığının audio yazısının tanışları və qohumları arasında yayılması, əri və ərinin valideynləri tərəfindən qısnamalara məruz qalması səbəbindən onu öz evlərinə gətirmək qərarına gəlib.

Bu məqsədlə o, iyulun 17-də saat saat 16 radələrində öz avtomobili ilə bacısının yaşadığı evə gedib və bacısını götürərək geri qayıdıb. Yolda Leylanın sevgi münasibətində olduğu kənar şəxslə telefon danışığının audio yazısına bir daha qulaq asıb. Həmin hərəkətləri ailəsinin adına, namusuna, tanış və qohumları arasındakı nüfuzuna xələl gətirən amillər kimi qəbul edib.

Bu məzmunda Leyla ilə mübahisə edərkən onu öldürmək qərarına gəlib. Ağcabədi rayonunun Aran kəndi yaxınlığında yerləşən “Harami düzü” adlanan ərazidə avtomobilini saxlayıb. Bacısını avtomobildən düşürüb və ona çoxsaylı bıçaq zərbələri vurub. Qadın aldığı xəsarətlərdən vəfat edib.

İstintaq orqanı tərəfindən Nəsiminin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

“Bacım biləklərini kəsdi”

Cinayət işi üzrə ifadə verən Nəsimi elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, əslən Laçın rayonundan olsalar da, rayonunun işğalından sonra valideynləri Ağcabədi rayonunda məskunlaşıblar:

“Kiçik bacım Səidənin onkoloji xəstəlikləri olub, bununla bağlı bir neçə dəfə müxtəlif tibb müəssisələrində müalicə alıb. Ağrılara dözə bilmədiyinə görə 2018-ci ildə yaşadığımız evdə özünü asaraq intihar edib.

Böyük bacım Leyla 2011-ci ildə Valehlə ailə həyatı qurdu və Ağcabədi rayonunun digər kəndinə köçdü. Ailə qurduqları ilkin vaxtlardan yola getmədilər, mütəmadi olaraq ailədaxili səbəblərdən münaqişə edirdilər. Bir müddət sonra Leylada psixi-nevroloji xəstəliklər yarandı.

Bir neçə dəfə Valehlə münaqişə etdikdən sonra özünü öldürmək məqsədi ilə müxtəlif həblər qəbul etdi, biləklərini kəsdi. Buna görə onu Ağdam və Bərdə rayonlarında, həmçinin Bakı şəhərində müalicə üçün xəstəxanaya aparmışam”.

“Sevgi münasibətində olduğunu bilməmişəm”

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə Leyla 21 mart 2022-ci ildə yaşadıqları evdə qollarını doğrayıb və özünü öldürməyə cəhd edib: “Bacımın kənar şəxslə sevgi münasibətində olduğunu bilməmişəm. Hadisədən 3-4 gün əvvəl Leyla Valehin evini tərk edərək ata evinə gəldi. Bu vaxt Leylanın bədəninin müxtəlif nahiyələrində, əsasən sağ ayağında yaralar vardı. Özünün deməsinə görə, əri Valeh tərəfindən döyülmüşdü.

Bununla əlaqədar Leylanın qayınatası Rəhimə zəng etdim, iradımı bildirdim. Leyla həmin gecəni bizdə qaldı. Növbəti gün axşam saatlarında ərinin evinə qayıtdı”.

“Bacım döyüldüyünü dedi”

Nəsiminin sözlərinə görə, iyulun 16-da, saat 21-22 radələrində Leyla ona zəng edib: “Bacım əri Valeh, qayınatası Rəhim və qayınanası Xanım tərəfindən döyüldüyünü dedi, Daxili İşlər Nazirliyinin “102 xidməti” zəng mərkəzinə məlumat verdi.

Özüm də “Qaz 3110″ markalı yük avtomobilimlə Leylanın yaşadığı evə getdim. Polis əməkdaşları ilə eyni vaxtda Leylanın yaşadığı evə çataraq içəri daxil oldum. Onun döşəmə üzərində hərəkətsiz vəziyyətdə uzandığını, sol qolunda, qarınında və boğazında xəsarətlər olduğunu gördüm.

Leylanı rayon mərkəzi xəstəxanasına apardım. Polis işçiləri Leyladan izahat aldıqdan sonra növbəti gün tibbi ekspertizadan keçirilərək xəstəxanadan buraxıldı. Leyla əri evinə qayıtmaq istədiyini dediyi üçün onu Valehin evinə düşürdüm, özüm yaşadığım evə getdim”.

“Gəlin, fahişə qızınıza sahib çıxın”

Nəsimi bildirib ki, Valeh və qardaşı Pərviz onun əmilərinin yanına gedərək Leylanın Əli adlı şəxsə sevgi münasibəti yaşadığını bildirib: “Leyla və Əlinin aralarında 2022-ci ilin mart ayında aparılan telefon danışığını əmilərimə dinlətdilər. Leylanın pozğun olduğunu dedilər. Hətta “gəlin, fahişə qızınıza sahib çıxın” kimi sözlər işlətdilər.

Həmin vaxt mobil telefonumda internet funksiyasını aktiv etdikdə Pərvizin vatsapda mənə audioyazı göndərdiyini gördüm. Həmin audioyazı Leyla və Əlinin arasında aparılmış telefon danışığının yazısı idi. Danışığa qulaq asdıqda onların arasında sevgi münasibətlərinin olduğuna əmin oldum.

Əsəbiləşərək avtomobilimə əyləşdim və Leylanın yaşadığı evə tərəf getdim. Ailə üzvlərim mənim hara getdiyimi bilmədilər.

Leylagildə heç kim yox idi, Leyla özü qonşu Kəmalənin evinə keçirdi. Onu çağırdım, avtomobilin ön sərnişin oturacağına əyləşdirdim. Maşını kəndimiz istiqamətində hərəkət etdirdim”.

“Bacımın öldüyünü gördüm”

Nəsiminin sözlərinə görə, əsas yol kəndin mərkəzindən keçdiyindən və orada həmişə xeyli insan olduğundan, Leylanın başqa şəxslə sevgi münasibətləri yaşaması isə kənd sakinlərinə məlum olduğundan utandığına görə yolunu “Harami düzü” adlanan ərazidən salıb:

“Məqsədim Leylanı yaşadığımız ata evinə aparmaq olub. Onun bundan sonra əri evində qala bilməyəcəyini düşündüm. “Harami düzü”ndə Leyladan Əli ilə münasibətinin olub-olmadığını soruşdum. O, Əli ilə heç bir münasibət saxlamadığını, deyilən sözlərin yalan olduğunu bildirdi. Mən avtomobili dayandıraraq Pərvizin göndərdiyi audioyazını Leylaya dinlətdim. Leyla susaraq heç bir cavab vermədi. Danışıqlara təkrar qulaq asdıqda onların bir-birlərinə “sevgilim”, “canım” kimi sözlər dediklərini eşitdim.

Bundan hiddətləndim və bir anlıq əsəblə Leylanı öldürmək qərarına gəldim. Avtomobilin sürücü qapısının cibində saxladığım bıçağı götürdüm və Leylanın əyləşdiyi tərəfə keçdim. Onun saçlarından tutaraq avtomobildən çıxartdım, bıçaqla boyun, sinə və qarın nahiyələrinə ardıcıl zərbələr endirdim.

Zərbələrin təsirindən Leyla yerə yıxılaraq çapalamağa başladı. Bütün proses təxminən bir-iki dəqiqə ərzində baş verdi. Əllərimin qana bulaşdığını görüb şokdan ayıldım. İstifadəmdəki mobil telefondan Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzinə zəng edərək törətdiyim hadisə barədə məlumat verdim. Leyla artıq tam hərəkətsiz vəziyyətdə uzanmışdı. Onun öldüyünü görərək avtmobilimə əyləşdim və yaşadığım evə getdim.

Cinayəti törətdiyim bıçağı və özümün mobil telefonumu yataq otağında olan dolabın yuxarı gözündə paltarların altına qoydum. Sonra polislərin gələrək məni aparmalarını gözlədim.

Əli adlı şəxsi qiyabi olaraq kənd sakini kimi tanımışam və onunla heç bir münasibətim olmayıb”.

“Öldürmək niyyəti qəflətən yarandı”

Təqsirləndirilən şəxs deyib ki, Leylanı öldürmək niyyəti avtomobildı yaşadığı evə gedərkən Əli ilə telefon danışığının audioyazısına təkrarən qulaq asdıqda qəfil yaranıb:

“Bir anlıq əsəblə Leylaya dörd bıçaq zərbəsi endirdim. Hazırda törətdiyim əməldən peşmanam. Hər hansı şəxs məni qətlə təhrik etməyib. Yaşadığım evdən çıxarkən ailə üzvlərim mənim Leylanın evinə getdiyimi bilməyiblər. Leylanı öldürmək niyyətim qəflətən yaranıb.

Leylanın yaşadığı evə doğru gedərkən məqsədim onu ərinin evindən ata evinə gətirmək olub.

Mən az hallarda spirtli içkilərdən pivə içmişəm. Digər alkoqollu içkilərdən, həmçinin narkotik vasitələrdən və psixotrop maddələrdən heç vaxt istifadə etməmişəm. Hadisə zamanı sərxoş olmamışam”.

“Öldürdüyünü eşitdim”

İş üzrə şahid qismində ifadə verən Valehin sözlərinə görə, arvadı Leylanın həmkəndlisi Əli adlı şəxslə əlaqəsi olmağından şübhələnib: “Bu barədə Leylanın özünə dəfələrlə xəbərdarlıq etmişəm. Kimləsə danışırsa, boşanacağımızı demişəm. Leyla mənə kiminləsə danışmadığını, ona şər atdığımı deyirdi. Nəsimiyə də Leyladan şübhələndiyimi bildirmişdim.

Sonradan qardaşım Pərviz Leyla ilə Əlinin telefon danışığına dair səsyazısını aşkarladı. Leylanın əmisi Bəhrama bu barədə bildirdim, onun digər əmisi Rahibgilin evinə getdik. Səsə qulaq asdıqdan sonra mənə Leyla ilə boşanmağımı bildirdilər.

Evə getdikdən sonra qardaşım Pərvizə səsyazısını Nəsimiyə göndərməsini bildirdim. Həmin gün axşam saatlarında Nəsiminin Leylanı öldürdüyünü eşitdim”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin hadisəni anlaqsız vəziyyətə düşməsini müəyyən edib.

Buna görə də Nəsim ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilib.

Cinayət Məcəlləsinin 93.1.1 və 95.0.3-cü maddələrinə əsasən Nəsiminin barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunub və ona məcburi müalicə təyin edilib. Qərarın icrası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.//teleqraf.com

04.08.2023 05:57
2795