Şəkidə 2 nəfər dəm qazından zəhərlənib.
Musavat.com-un APA-ya istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonunun Oxud kəndində baş verib.
Kənd sakinləri - 1955 ci il təvəllüdlü Validə Nəsib qızı Məmmədova və onun nəvəsi - 2012 ci il tıvəllüdlü Aydan Marif qızı Məmmədli yaşadıqları evin hamam otagında dəm qazından zəhərləniblər. Nənə və nəvə təcili tibbi yardım maşını ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Hazırda V. Məmmədova və A. Məmmədlinin müayinə və müalicəsi xəstəxanada davam etdirilir.