Gəncədə yas mərasimində zəhərlənənlərin sayı yenə də artıb.
Xəstələrin bəziləri xəstəxanaya yerləşdirilib.
Yas mərasimdə iştirak edən 111 nəfərin zəhərləndiyi qeyd olunur.\\apa
****
Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya 83 nəfər, Z.Məmmədov adına 3 nömrəli xəstəxanaya isə 13 nəfər yerləşdirilib. Digər doqquz zərərçəkən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.
Əlavə məlumat veriləcək.
Faktla bağlı araşdırma davam etdirilir.
***
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə olub.
APA-nın məlumatına görə, zəhərlənən vətəndaşların sayı 60-a çatıb.
Məlumata görə, bu say daha da arta bilər.
***
18:50
Gəncə şəhərində kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Şəhərdə keçirilən yas mərasimlərin birində 40-dan çox qonaq zəhərlənib.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.//Report