Azərbaycanda DƏHŞƏT- ölən və yaralananlar var

Kürdəmirdə qətl törədilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Musavat.com-a verilən məlumata görə, bu gün saat 12 radələrində Kürdəmir rayonunun Şıxımlı kənd sakini, 1981-ci il təvəllüdlü İlham İsa oğlu Alıyev yaşadığı evdə anası, 1949-cu il təvəllüdlü Nəsibə Soltan qızı Aliyevaya və həmkəndlisi, 1970-ci il təvəllüdlü Vüqar Davud oğlu Məmmədova, daha sonra isə kənd ərazisində digər bir həmkəndlisi, 1980-ci il təvəllüdlü Famil Oqtay oğlu Şükürova kəsici-deşici alətlə xəsarətlər yetirib. Hadisə nəticəsində N.Aliyeva və F.Sükürov ölüb, V.Məmmədov isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hadisəni törədən şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

Musavat.com

09.02.2024 13:45
2662