Azərbaycanda DƏHŞƏT - ölən var

Salyanda avtomobil piyadanı vuraraq öldürüb.

Hadisə Salyan rayonunun Qarabağlı kəndində qeydə alınıb.

Yolu keçən Qarabağlı kənd sakini, 1993-cü il təvəllüdlü Qurbanov Cavad Mehdi oğlunu avtomobil vurub. Piyada yaralı vəziyyətdə Şirvan şəhər xəstəxanasına çatdırılarkən aldığı xəsarətlərdən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır. (APA)

12.04.2024 08:30
1290