Azərbaycanda DƏHŞƏT: ögey qızına təcavüz etdi

Qusar rayonunda ögey qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş 1979-cu il təvəllüdlü Fuad Novruzbəyovun məhkəməsi başa çatıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 45 yaşlı kişi Cinayət Məcəlləsinin 29.149, 152.3 və 150.2.5-ci (Zorlamağa cəhd, seksual xarakterli zorakılıq əməlləri) maddələri ilə təqsirli bilinib.

Bildirilib ki, Fuad həyat yoldaşının birinci evliliyindən olan qızı, 1999-cu il təvəllüdlü Elzaya (şərti adlı) qarşı yaşadığı kənddə bir neçə dəfə əxlaqsız hərəkətlər edib.

O, həyat yoldaşının Bakıda müalicə almasından və ögey qızı ilə evdə tək qalmasından istifadə edərək, içkili halda ona qarşı intim hərəkətlər edib. Hadisə vaxtı qızın qardaşı evə daxil olaraq ögey atasının Elzaya təcavüz etməsi ilə bağlı niyyətini davam etdirməsinə imkan verməyib.

Təqsirləndirilən şəxs ifadəsində hadisə günü toyda iştirak etdiyini və içkinin təsiri altında ağlının başından çıxdığını və belə bir hərəkət etdiyini deyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi onu yuxarıda qeyd edilən maddələr üzrə təqsirli bilib. Məhkəmənin ötən həftə çıxardığı hökmlə Fuad 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

08.04.2024 15:00
1771