Azərbaycanda DƏHŞƏT - meşədə intihar etdi

Yardımlı rayonunda 26 yaşlı gənc meşədə intihar edib.

Musavat.com-un "Report"a istinadən məlumatına görə, hadisə oktyabrın 10-da rayonun Odurakəran kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Zahidov Hakim Qeyrət oğlu həmin kəndin yaxınlığında yerləşən meşəlik ərazidə ip ilə ağacdan özünü asıb.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

11.10.2022 10:57
1089