Gəncədə kişi keçmiş arvadını bıçaqlayıb. Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, Gəncə şəhər sakini Züleyxa Şirinovanın aldığı bıçaq xəsarətlərindən xəstəxanada ölməsi faktına görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Cinayəti törətməkdə şübhəli bilinən zərərçəkmişin əri Ruslan Şirinov şübhəli şəxs qismində saxlanılıb.