Daşkəsəndə kişi həyat yoldaşı və qayınatasını bıçaqlayıb.
Hadisə rayonun Bayan kəndində qeydə alınıb.
1965-ci il təvəllüdlü İsa Quliyev və onun qızı 1997-ci il təvəllüdlü Aytən Quliyev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal hər iki xəstə əməliyyat edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, hadisəni ailənin kürəkəni törədib.Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Bayan kənd sakinləri 1965-ci il təvəllüdlü İ. Quliyev və onun qızı 1997-ci il təvəllüdlü A. Quliyevanın bədənin kəsilmiş deşilmiş yaraları alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub: "Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərə kəsici alətlə xəsarət yetirən şəxsin Röyal Allahverdiyev olması müəyyən edilib. Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir"./Teleqraf.com