Azərbaycanda dəhşət: "Cinlər məcbur etdi, çırpdım uşağı yerə" - FOTO

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yeni paylaşım edib.

BAKU.WS xəbər verir ki, o instaqram səhifəsində şiddətə məruz qalan uşaq fotosu paylaşıb.

Ağazadə azyaşlının anası tərəfindən fiziki zorakılığa məruz qaldığını deyib. Qurum rəsmisi fotoya bu sözləri də əlavə edib:

"Bu gün sığınacağa yerləşdirilən körpəmizdir. Anası bildirib ki, "Cinlər məni məcbur etdi, çırpdım uşağı yerə". Uşağın üzü çırpılmaqdan bu günə düşə bilməz. Demək ki, cinlər ritual həyata keçirib".

 

12.03.2022 11:32
1016