Mingəçevirdə intihar olub.
Musavat.com Lent.az-a istinadən xəbər verir ki, 66 yaşlı şəhər sakini Zeynəb Səbzəliyeva intihar məqsədilə özünü Yuxarı Qarabağ kanalına atıb. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Onun hansı səbəbdən bu addımı atması hələlik bilinmir.
Hazırda qadının axtarışları davam etdirilir.