Azərbaycanda DƏHŞƏT: 4 TƏLƏBƏ QIZ...

Naxçıvanda kirayə qalan tələbə qızlar dəm qazından zəhərlənib.

Hadisə bu gün qeydə alınıb. Naxçıvanda təhsil alan və kirayədə qalan - 2004-cü il təvəllüdlü, Şərur rayon sakinləri - Seyidova Nərmin Kamil qızı (Naxçıvan Dövlət Universiteti), 2006-cı il təvəllüdlü Baxşıyeva Salatın Hikmət qızı (Naxçıvan Texniki Kolleci), 2006-cı il təvəllüdlü İmanova Zəhra Rüzgar qızı (Naxçıvan Texniki Kolleci) və 2006-cı il təvəllüdlü Həsənova Sədaqət Məmməd qızı dəm qazından zəhərləniblər.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.//APA

28.11.2023 14:05
1688