Bərdədə 20 yaşlı gənc qəbiristanlıqda asılmış vəziyyətdə tapılıb.
Musavat.com "Trend"ə istinadən xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində baş verib.
Kənd sakini, 2004-cü il təvəllüdlü Dursunov Mahir Vüsal oğlunun meyiti kənd qəbiristanlığında olan su çənindən asılmış vəziyyətdə aşkarlanıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.