Azərbaycanda daha bir uşaq qızılcadan öldü

Tovuzda azyaşlı qızılcadan ölüb.

“Qafqazinfo” xəbər verir ki, rayonun Qədirli kənd sakini 2014-cü il təvəllüdlü Yusif İsmayılov fevralın 4-dən Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq 10 yaşlı Y.İsmayılov bu gün dünyasını dəyişib.

Ölüm faktı ilə bağlı araşdırma başlanılıb.

05.02.2024 18:37
646