Şəkidə yaşayış evində baş verən partlayışda bir nəfər xəsarət alıb.
Hadisə rayonun Vərəzət kəndində baş verib.
Partlayış nəticəsində Vərəzət kənd sakini, 1959-cu il təvəllüdlü Feyziyev Arif Tapdıq oğlu xəsarət alaraq Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (Report)