Azərbaycanda daha 3 yüksək posta TƏYİNAT

Mədəniyyət Nazirliyinin daha 3 regional idarəsinə rəis təyinatı olub.

Musavat.com xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, Rəhimov Ramil Toğrul oğlu Quba-Xaçmaz Regional İdarəsinə, Məmmədov Səxavət Fazil oğlu Dağlıq Şirvan Regional İdarəsinə, Bəşirov Aydın Bəşir oğlu Mərkəzi Aran Regional İdarəsinə rəis təyin olunub.

05.07.2023 15:07
958