Azərbaycanda çoban özünü fermada asdı

Saatlıda 42 yaşlı çoban özünü asıb.

Musavat.com apa-ya istinadən xəbər verir ki, hadisə Saatlı rayonunun Əhmədbəyli kəndində fermada baş verib.

İmişli rayonunun Xəlfəli kənd sakini, 1981-ci il təvəllüdlü Novruzov İlqar Xanhüseyn oğlu özünü fermanın tavanından asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

14.07.2023 17:16
598