"Azərbaycanda blogerlər elə bilir ki, bədənlərini..." - Ekspertdən kəskin İRAD

"Azərbaycanda Instagram blogerləri elə bilir ki, bədənlərini, yeyib-içib geyindiklərini çəkmək məzmundur. 10 influenserdən 8-i bu işlə məşğuldur. Profillərə baxırsan, hamısının fəaliyyəti bir-birinə bənzəyir. Bahalı restoranlar, fırlanan qızı kamera yaxınlaşdırır, kadr dəyişir, qız gülür və ayağını qaldırır. Bu tipli məzmunlar da təkrarlanır. Bunun fonunda sağlam həyat tərzi göstərişi (sadəcə göstəriş edənlər), uçan yoqa ilə məşğul olmaq (istisnalar var), məsləhətlər, üz kremləri".

Musavat.com xəbər verir ki, bu barədə İT mütəxəssisi Fərid Pərdəşünas sosial şəbəkə hesabında yazıb.

FERİD.jpg (27 KB)

İnfsluenserlərin iş strategiyasını tənqid edən ekspert bunları qeyd edib:

"Bu şəxslərin profillərinə baxanda bloger olaraq nə etdiklərini, nə işlə məşğul olduqlarını anlamırsan. Elə ancaq davamlı istehlak edir nəyisə. Ortaq cəhət çoxunun xanım, baxımlı və gözəl olmalarıdır. 100 000-lərlə izləyici də o blogerləri məsləhətləri üçün izləmir.

Brendlər artıq ənənəvi medianı kənara atıb, blogerləri tədbirlərinə dəvət edir. Çünki bir blogerin tədbirdən dodaqlarını büzüb paylaşması daha çox layk gətirir, nəinki məzmun. Amma brendlər anlamır ki, hədəf kütlələri onları izləyənlər deyil. Onlara tədbir və məhsul yox, bədən və görünüş maraqlıdır. Bunu qlobalda çox yaxşı bir ifadə ilə təsvir edirlər: "Sex Sells"".

05.11.2023 17:39
1456