Azərbaycanda bir ailənin üç üzvü faciəvi şəkildə öldü
Bakıda kişi, oğlu və gəlini dəm qazından boğularaq ölüb.
Musavat.com apa-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində qeydə alınıb.
Orada yaşayan, 1967-ci il təvəllüdlü Rafiq Əliyev, oğlu 1999-cu il təvəllüdlü Elvin Əliyev və gəlini, 2005-ci il təvəllüdlü Aysu Mirzəliyeva dəm qazından boğularaq ölüb.