Azərbaycanda binada YANĞIN: Sakinlər təxliyə olundular

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 6 ədəd elektrik sayğacı, 6 ədəd qoruyucu açar və 3 paq.m elektrik kabeli yanıb.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

31.03.2025 21:57
579