Oktyabrın 22-si saat 18:00-a olan məlumata əsasən, ölkə ərazisində davam edən yağıntılarda fasilə yaranıb.
Bu barədə Musavat.com-a Milli Hidrometerologiya xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında, eləcə də Naxçıvan Muxtar Respublikasında, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy bölgələrində yağıntılar tədricən kəsilib. Lənkəran-Astara, Mərkəzi Aran və Balakən-Şəki zonasının bəzi yerlərində isə qısamüddətli yağıntılı hava şəraiti müşahidə olunur.