Azərbaycanda BƏDBƏXT HADİSƏ: Ailənin bütün üzvləri...

Qazax rayonunda bir neçə nəfər dəm qazından zəhərlənib.

Musavat.com "report"a istinadən xəbər verir ki, hadisə şərti olaraq "SU-15" adlanan ərazidə yerləşən evlərin birində qeydə alınıb.

Həmin ərazidə yaşayan ailə - ata, ana və övladları Mahmudov Tural Həsən oğlu (1985-ci il təvəllüdlü), Mahmudova Lamiyə İlqar qızı (1995), Mahmudzadə Yağmur Tural qızı (2012), Mahmudzadə Sahil Tural oğlu (2015) zəhərləniblər.

Zərərçəkənlər xəstəxanaya aparılıblar. Onlardan birinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Musavat.com 

21.03.2022 11:03
2541