Azərbaycanda avtomobillər toqquşdu: yaralılar var - FOTO

Zaqatalada baş verən yol qəzasında xəsarət alanlardan 4-ü bir ailənin üzvüdür.

Onlar rayonun Aşağı tala kənd sakinləri - 1962-ci il təvəllüdlü Cəlil İspəndiyar oğlu Abbasov, 1964-cü il təvəllüdlü Sevda İsmayıl qızı Abbasova, 2017-ci il təvəllüdlü Enes Vüqar oğlu Abbasov və 2009-cu il təvəllüdlü Tuncay Tural oğlu Balayevdir.

Beşinci xəsarət alan şəxs isə rayonun Kürdəmir kənd sakini 1995-ci il təvəllüdlü Elçin Çingiz oğlu Ramizlidir./APA

01.09.2024 11:43
421