Azərbaycanda ata və oğul bıçaqlandı - ölən var

Xaçmazda ata və oğlu davada bıçaqlanıb.

Musavat.com report-a istinadən xəbər verir ki, hadisə rayonun Nabran kəndində qeydə alınıb

Köhnə-Xudat kənd sakinləri-1988-ci il təvəllüdlü Məmmədrəhimov Nurlan Babaverdi oğlu və onun övladı 2009-cu il təvəllüdlü Məmmədrəhimov Cavidan Nurlan oğlu dava zamanı bıçaqlanıblar.

C.Məmmədrəhimov aldığı xəsarətlərdən hadisə yerində ölüb, onun atası N.Məmmədrəhimov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır, hadisəni törədən şəxsin tutulması istiqamətində işlər aparılır.

17.08.2024 12:15
985