Azərbaycanda ağır qəza - yaralılar var

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Musavat.com-un "Report"a istinadən məlumatına görə, Uzuntəpə kəndində yük avtomobili yol kənarındakı maneəyə çırpılıb. Hadisə zamanı Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Nuriyev Rövşən Abbas oğlu və daha bir nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

02.10.2022 21:49
1059