Azərbaycanda ağır qəza, sərnişin avtobusu aşdı - yaralılar var - FOTOLAR

Sumqayıtda beş nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Səhər saat 7 radələrində BMW markalı avtomobil işıqforun qırmızı işığında sürətlə keçərək sərnişin avtobusuna və digər avtomobillərə çırpılıb. Nəticədə avtobus aşıb.

Xeyli sayda yaralı olduğu bildirilir. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıblar./"unikal"

 

04.01.2025 10:34
1646